“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC daha iki beynəlxalq nüfuzlu sertifikasiya prosesini uğurla tamamlayıb.

İlk olaraq şirkətə məxsus Yevlax Ehtiyat Data Mərkəzi üçün ödəniş ekosistemində bulud xidmətləri üzrə qlobal standartları müəyyən edən “PCI DSS Certificate of Compliance” sertifikatı (4.0.1 versiyası) əldə edilib. Eyni zamanda, ötən il Bakı Əsas Data Mərkəzi üçün əldə edilmiş sertifikat yenilənib.

Sertifikatın əldə olunması məqsədilə səlahiyyətli şirkət tərəfindən ilkin qiymətləndirilmə aparılıb, daha sonra müstəqil auditorlar tərəfindən audit həyata keçirilib. Audit nəticəsində data mərkəzinin maliyyə qurumlarına bulud xidmətləri göstərmə uyğunluğu beynəlxalq səviyyədə təsdiqlənib.

“AzInTelecom”un uğurla başa vurduğu ikinci sertifikasiya prosesi isə keyfiyyət təminatı sahəsində beynəlxalq standartlara uyğunluğunu və davamlı inkişaf öhdəliyini təsdiqləyən “Test Maturity Model Integration” (TMMi – Level 2) sertifikatının əldə edilməsi olub.

“TMMi” sertifikasiyası proqram təminatlarının sınaq proseslərinin peşəkarlığını qiymətləndirmək üçün beynəlxalq modeldir. Bu modelin tətbiqi şirkətlərə test proseslərini sistemləşdirməyə, riskləri azaltmağa və məhsulun ümumi keyfiyyətini artırmağa imkan yaradır.

Qeyd edək ki, “AzInTelecom” “PCI DSS” sertifikatının 4.0.1 versiyasını MDB məkanında, “TMMi” sertifikatını isə Azərbaycanda əldə edən ilk şirkətdir.

“AzInTelecom” haqqında

“AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə şirkət müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv