Dünya çempionu yarışlardan kənarlaşdırıldı – Bank kartlarından oğurluqda təqsirləndirilir

Dünya çempionu yarışlardan kənarlaşdırıldı – Bank kartlarından oğurluqda təqsirləndirilir






presstv

"Presstv"az #Araşdırma, #Fransa, #İdman

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa Xizək İdmanı Federasiyasının (FFS) İntizam Komitəsi biatlonçu Julya Simonu beş ayı şərti olmaqla altı ay müddətinə yarışlardan kənarlaşdırıb.

presstvaz gazeta.ru-ya istinadən xəbər verir ki, qərar bu gündən qüvvəyə minib. Eyni zamanda, idmançıya 30 000 avro məbləğində cərimə kəsilib.

Bu səbəbdən 29 yaşlı idmançı 29 noyabr – 7 dekabr tarixləri arasında İsveçin Östersund şəhərində keçiriləcək biatlon üzrə Dünya Kubokunun ilk mərhələsini buraxacaq.

Qeyd edək ki, bank kartları ilə bağlı insident 2022-ci ildə keçirilən xizək festivalında baş verib. Simon internetdə alış-veriş etmək üçün başqalarının bank kartlarından istifadə etməkdə ittiham olunub. Araşdırma nəticəsində istintaq, biatlonçunun fransız həmkarı Breza-Buşe də daxil olmaqla, üç nəfər zərərçəkəni müəyyən edib. İdmançı daha əvvəl oğurluq etdiyini etiraf edib.

Xatırladaq ki, Julya Simon 2022-ci il Qış Olimpiya Oyunlarında qarışıq estafetdə gümüş medal qazanıb. O, həmçinin ümumi hesabda Dünya Kubokunun və 2022/23 mövsümündə təqib yarışları və kütləvi startlar hesabında iki kiçik Dünya Kubokunun sahibidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv