Tramp: “Azərbaycan və Ermənistan arasındakı yeni marşrutun mənim şərəfimə adlandırılmasını səmimi şəkildə dəyərləndirirəm”

Tramp: “Azərbaycan və Ermənistan arasındakı yeni marşrutun mənim şərəfimə adlandırılmasını səmimi şəkildə dəyərləndirirəm”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Donald Tramp, #Ermənistan, #Nəqliyyat, #Vaşinqton, #Xəzər dənizi, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“TRIPP (The Trump Route for International Peace and Prosperity – “Tramp marşrutu”) layihəsi dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən nəqliyyat dəhlizidir. O, Xəzər dənizinin o tayında ticarətin inkişafını stimullaşdırmaq və Mərkəzi Asiya ölkələrinin inkişafına töhfə vermək məqsədi daşıyır”.

presstvaz xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “C5+1” görüşü zamanı bəyan edib.

Trampın sözlərinə görə, bu marşrutun həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında tarixi razılaşma sayəsində mümkün olub.

“Bu tarixi razılaşma yeni “Tramp marşrutu”nun yaradılmasını da nəzərdə tutur. Bu, əladır. Onlar (Azərbaycan və Ermənistan – red.) onu mənim şərəfimə adlandırıblar və mən bunu səmimi şəkildə dəyərləndirirəm. Əslində, bu, böyük nailiyyətdir. Yeni “Tramp marşrutu” beynəlxalq sülhə gedən yoldur. O, iqtisadi cəhətdən vacib regiondan keçir və Xəzər dənizinin o tayında ticarətin inkişafına töhfə verəcək, Mərkəzi Asiya xalqlarına kömək edəcək. Əminəm ki, bu gün burada olan hər bir ölkə sülh yolunda açılan imkanlardan faydalana biləcək”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ prezidentinin iştirakı ilə yeddi bənddən ibarət birgə Bəyannamə imzalayıblar. Bunlardan biri regional kommunikasiyaların açılması çərçivəsində Ermənistan ərazisindən keçəcək 42 kilometrlik sahəni əhatə edən Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) açılmasını nəzərdə tutur. Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi paraflayıblar.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv