Tramp: “Qazaxıstan “Avraam razılaşmaları”na qoşuldu”

Tramp: “Qazaxıstan “Avraam razılaşmaları”na qoşuldu”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #İsrail, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Qazaxıstanın “Avraam razılaşmaları”na qoşulan ilk ölkə olduğunu bildirib.

presstvaz xəbər verir ki, o, bununla bağlı “Truth” sosial şəbəkəsində yazıb.

Tramp bildirib ki, İsrail Baş naziri Binyamin Netanyahu və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı olub:

“Qazaxıstan mənim ikinci prezidentliyim müddətimdə “Avraam razılaşmaları”na qoşulan ilk ölkədir, bir çoxlarından birincisidir. Bu, dünyada körpülər qurmaqla irəliyə doğru atılmış mühüm addımdır”.

Prezident əlavə edib ki, getdikcə daha çox ölkə “sülh və rifah” gətirən “Avraam razılaşmaları”nı imzalamağa çalışır. O, imzalanma mərasimini tezliklə elan edəcəyinə söz verib və qeyd edib ki, bir çox ölkə Trampın dediyi kimi bu “güclər klubuna” qoşulmaq istəyir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv