Zəngəzur dəhlizinə aparan yolun təmirindən SON GÖRÜNTÜLƏR

Zəngəzur dəhlizinə aparan yolun təmirindən SON GÖRÜNTÜLƏR






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Cəbrayıl, #Cənubi Qafqaz, #Nəqliyyat, #Türkiyə, #YouTube, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yollar, tunellər çəkilir… Qovşaqlar, keçidlər qurulur… Bura Zəngəzur dəhlizinə aparan yoldur.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Cənubi Qafqazı logistika qovşağına çevriləcək. Hətta bu layihə daha genişmiqyaslı inteqrasiyanı nəzərdə tutur.

2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduqları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat əlaqələrinin qurulmasına mühüm töhfə verəcək.

Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov bildirib ki, yolun ümumi uzunluğu 123,6 kilometrdir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi isə mərhələli şəkildə aparılır. Birinci mərhələsi Horadiz-Yuxarı Mərcanlı-Şükürbəyli-Soltanlını, ikinci mərhələ isə Soltanlı-Qumlaq-Həkəri-Mincivan stansiyalarını əhatə edir. Üçüncü mərhələ üzrə də işlər aktiv şəkildə davam etdirilir.

O da qeyd olunub ki, layihənin yekun tamamlanma tarixi bir sıra texniki və təşkilati amillərdən asılıdır. Bu səbəbdən dəqiq tarix müəyyən edilməyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv