ABŞ və Çin rüsumlar məsələsində qarşılıqlı güzəştə gediblər

ABŞ və Çin rüsumlar məsələsində qarşılıqlı güzəştə gediblər






presstv

"Presstv"az #ABŞ, #Çin, #Donald Tramp, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vaşinqton ABŞ Prezidenti Donald Trampın Çin Sədri Şi Cinpinlə danışıqlarının nəticələri üzrə bu ölkə mallarına qarşı artırılmış cavab rüsumlarının tətbiqini bir il müddətinə – 10 noyabr 2026-cı il tarixinədək təxirə salıb.

presstvaz xəbər verir ki, bu barədə məlumat Trampın Federal Reyestrdə yerləşdirilmiş bəyanatında yer alıb.

Bəyanatda qeyd olunub ki, ABŞ və Çin rəhbərləri iqtisadi və ticari münasibətlər üzrə tarixi razılaşma əldə ediblər:

“Bu razılaşma çərçivəsində Çin nadir torpaq elementləri və digər kritik vacib faydalı qazıntıların ixracına nəzarət üzrə mövcud və təklif olunan məcburi tədbirləri təxirə salmağa və faktiki olaraq onlardan imtina etməyə, həmçinin ABŞ-nin yarımkeçirici istehsalçılarına və yarımkeçirici tədarükü zəncirlərinə cəlb olunmuş digər iri şirkətlərə qarşı müqavimət problemini həll etməyə razı olub”.

Həmçinin sənəddən məlum olur ki, Çin 31 dekabr 2026-cı il tarixinə qədər ABŞ kənd təsərrüfatı məhsullarına qarşı rüsumların tətbiqini dayandırmağı və ABŞ-dən idxal olunan mallara qarşı rüsumların qüvvəyə minməsinin təxirə salınmasını 10 noyabr 2026-cı il tarixinə qədər uzatmağı öhdəsinə götürüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv