Rəqəmsal inkişaf və nəqliyyat naziri özünə daha bir müşavir təyin edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri özünə daha bir müşavir təyin edib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #Hava Yolları, #Nəqliyyat, #Rəşad Nəbiyev, #Sərəncam, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünə daha bir müşavir təyin edib.

presstvaz “Report”a istinadla xəbər verir ki, bu, Anar Novruzovdur.

O, bu təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində baş icraçı direktorun müavini olub, ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Hava Yolları” QSC-nin və “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

A.Novruzov Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsilini başa vurduqdan sonra “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Şotlandiyanın Aberdin Universitetində neft, enerji iqtisadiyyatı və maliyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb, ABŞ-də Harvard Biznes Məktəbində “Maliyyə idarəçiliyi və liderlik”, Fransada INSEAD Biznes Məktəbində “Transformasiyanın idarəedilməsi” proqramlarını tamamlayıb.

O, peşəkar fəaliyyətinə nüfuzlu beynəlxalq audit şirkətlərində başlayıb, həmin şirkətlərin Səudiyyə Ərəbistanı və Böyük Britaniya ofislərində strateji inkişaf, maliyyə əməliyyatları və audit sahələri üzrə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv