Türkiyədə jurnalistlərə qarşı əməliyyat: Daha iki nəfər polisə aparılıb

Türkiyədə jurnalistlərə qarşı əməliyyat: Daha iki nəfər polisə aparılıb






presstv

"Presstv"az #Audi, #Haber Global, #İstanbul, #Jurnalistlər, #Mobil telefon, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə daha iki jurnalist ifadələri alınması üçün bu gün səhər saatlarında evlərindən polis bölməsinə aparılıb.

presstvaz DHA-ya istinadən xəbər verir ki, bunlar Aslı Aydıntaşbaş və Ruşen Çakırdır. Daha əvvəl Soner Yalçın, Şaban Sevinç, Yavuz Oğhan və Batuhan Çolakın polisə aparıldığı bəlli olmuşdu.

Yavuz Oğhan həm də CHP-nin kommunikasiya koordinatoru vəzifəsini tutur.

Məlumata görə, jurnalistlərin mobil telefonları da götürülüb.

İstanbul Baş Prokurorluğundan bildirilib ki, saxlanılanların “İmamoğlu işi” ilə bağlı ifadələri alınır. KİV nümayəndələri yalan məlumat yaymaq və cinayət təşkilatına yardım etməkdə şübhəli bilinirlər.

Hələlik saxlanılanlar barədə həbs qətimkan tədbiri yoxdur.

10:30

Türkiyədə dörd jurnalist ifadələri alınması üçün bu gün səhər saatlarında evlərindən polis bölməsinə aparılıb.

presstvaz “Haber Global”a istinadən xəbər verir ki, saxlanılanlar Soner Yalçın, Şaban Sevinç, Yavuz Oğhan və Batuhan Çolakdır.

Yavuz Oğhan həm də CHP-nin kommunikasiya koordinatoru vəzifəsini tutur.

Məlumata görə, jurnalistlərin mobil telefonları da götürülüb.

İstanbul Baş Prokurorluğu məsələ ilə bağlı açıqlama verməyib. Lakin ifadəsi alınanlar barədə həbs qətimkan tədbirinin olmadığı bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv