Azərbaycanda Super Ay hadisəsi müşahidə olundu

Azərbaycanda Super Ay hadisəsi müşahidə olundu






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda Super Ay hadisəsi müşahidə olunub.

presstvaz xəbər verir ki, hadisə noyabrın 5-i saat 17:10-da başlayıb və noyabrın 6-ı saat 08:10-da başa çatıb.

Ayın Yerə ən çox yaxınlaşması isə noyabrın 5-dən 6-a keçən gecə saat 02:30-da müşahidə edilib.

Super Ay hadisəsi zamanı Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz parlaq olub.

Ayın Yerdən məsafəsi 356 832 km təşkil edib.

Qeyd edək ki, Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3-5 sm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.

Xatırladaq ki, Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356 375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356 508 km, 2016-cı noyabrın 14-də 356 509 km, 2018-ci il yanvarın 1-də 356 565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356 447 km) Super Ay hadisəsi 2034-cü il noyabrın 25-də baş verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv