Masazırda gölü qurudaraq yerində fərdi yaşayış evləri tikiblər

Masazırda gölü qurudaraq yerində fərdi yaşayış evləri tikiblər






presstv

"Presstv"az #Abşeron rayonu, #Antisanitar vəziyyət, #Audi, #Bələdiyyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonunun Masazır kəndində yerləşən göl qurudulub, yerində isə fərdi yaşayış evləri salınıb.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, son üç ildə gölün ərazisi tamamilə qurudularaq üzərində evlər tikilib.

Sakinlərin sözlərinə görə, göl əvvəllər onlara müəyyən çətinliklər yaradıb. Bir müddət əvvəl ərazidəki çirkab suları həmin gölə axıdılırdı.

Masazır kənd bələdiyyəsindən bildirilib ki, yaxınlıqdakı yaşayış evlərindən axıdılan kanalizasiya suları gölün ətrafında antisanitar vəziyyətin yaranmasına səbəb olub. Sakinlərin müraciətindən sonra mənzillərdən gölə axan kanalizasiya sularının qarşısı alınıb.

Bununla belə, torpaqla doldurularaq üzərində tikilən evlərin hansı icazə sənədləri əsasında inşa olunması sual olaraq qalır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv