Ermənistanda Rusiyadan Azərbaycan ərazisi ilə buğda idxalını tarixi hadisə adlandırıblar

Ermənistanda Rusiyadan Azərbaycan ərazisi ilə buğda idxalını tarixi hadisə adlandırıblar






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #Gürcüstan, #Hadisə, #Hakim, #İlham Əliyev, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya buğdasının Azərbaycan ərazisi ilə Gürcüstana, oradan da Ermənistana idxalı tarixi faktdır”.

presstvaz TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini, hakim Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyətinin üzvü Ruben Rubinyan brifinqdə bəyan edib.

“Sülh Rusiya buğdasının dəmir yolu ilə Azərbaycan üzərindən Ermənistana idxal olunması deməkdir. Bax sülh elə bu deməkdir. Bu, mübaliğəsiz, tarixi hadisədir. Sonuncu dəfə belə hadisə 1991-1992-ci illərdə olub”, – deyə Rubinyan qeyd edib.

Daha əvvəl Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Rusiyadan Ermənistana taxıl daşıyan qatar hazırda Azərbaycan ərazisindən Gürcüstana doğru hərəkət edir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayında bəyan edib ki, Azərbaycan Ermənistana yük tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv