Nazir müavini: “2026-da cari xərclərin 88,1 faizi qeyri neft-qaz sektorundan daxilolmalar hesabına qarşılanacaq”

Nazir müavini: “2026-da cari xərclərin 88,1 faizi qeyri neft-qaz sektorundan daxilolmalar hesabına qarşılanacaq”






presstv

"Presstv"az #Audi, #İqtisadi siyasət, #Milli Məclis, #Sosial ödənişlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2026-cı il üzrə cari xərclərin 88.1 faizi qeyri neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq. Bu, 2025-ci illə müqayisədə 7.1 faiz-bəndi çoxdur”.

presstvaz xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Məlum olduğu kimi, xalqın rifahının yaxşılaşdırılması, onun sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin təməlini təşkil edir. Növbəti il üçün cari xərclərin əsas hissəsi (68.1%) məhz sosialyönlü xərclərin payına düşür. 2026-cı ildə sosialyönlü xərclərə 17.1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41.1 faizi həcmində vəsait ayrılacaqdır. Bu, 2025-ci illə müqayisədə 213.0 milyon manat və ya 1.3 faiz çoxdur. Bu xərclərin 89.7 faizi və yaxud 15.4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərin payına düşməklə son 5 ildə (2022-2026-cı illər) 4.4 milyard manat və ya 39.6 faiz artıb”, – deyə nazir müavini vurğulayıb.

O bildirib ki, sosial müdafiə və sosial təminat xərclərinə növbəti il üçün 4.9 milyard manat vəsait ayrılacaq:

“Bu, cari ilə nisbətən 121.0 milyon manat və ya 2.6 faiz, ötən ilə nisbətən 722.0 milyon manat və ya 17.4 faiz çoxdur. Həmin vəsaitin 3.2 milyard manatı və ya 65.3 faizi sosial ödənişlərin və digər sosial təminat xərclərinin payına düşür”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv