Gələn il İşsizlikdən Sığorta Fondunun vəsaiti ilə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir

Gələn il İşsizlikdən Sığorta Fondunun vəsaiti ilə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir






presstv

"Presstv"az #Anar Əliyev, #Audi, #İqtisadi siyasət, #Milli Məclis, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2026-cı ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir”.

presstvaz xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, fondun 2026-cı il üzrə xərclərinin 266.4 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu da cari ilin təsdiq edilmiş göstəricisindən 5.7 milyon manat çoxdur:

“Fondun xərcləri özünüməşğulluq proqramının, peşə hazırlığı və əlavə təhsilin, haqqı ödənilən ictimai işlərin təşkilinə, işsizliyə görə sığorta ödənişlərinə, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, peşə standartlarının hazırlanmasına, sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə və digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv