Maşınla qadını vurub hadisə yerindən qaçan sürücü həbs edildi

Maşınla qadını vurub hadisə yerindən qaçan sürücü həbs edildi






presstv

"Presstv"az #Audi, #Avto, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bakı Apellyasiya Məhkəməsi, #Hadisə, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Apellyasiya Məhkəməsində qəza törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Sadiq Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

presstvaz Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, müttəhimin şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 02 iyul 2024-cü il tarixdə, saat 20:40-da paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobili etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə edən sürücü Sadiq Abdullayev Zirə qəsəbəsində hərəkətdə olarkən piyada keçidi olmayan yerdən yolu keçən Çimnaz Məmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abdullayev 5 il 2 ay 10 müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalından həbsə alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv