ABŞ-də hökumət böhranı: Hava məkanı istənilən an bağlana bilər

ABŞ-də hökumət böhranı: Hava məkanı istənilən an bağlana bilər






presstv

"Presstv"az #ABŞ, #Məzuniyyət, #Nəqliyyat, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması aviasiya sektoruna da ciddi təsir edib. Hava nəzarətçilərinin işə çıxmaması səbəbindən ölkənin hava məkanı bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Minlərlə təyyarə ABŞ hava məkanında dövrə vurarkən, yaranan sıxlıq radar görüntülərinə də əks olunub.

presstvaz xəbər verir ki, ABŞ Nəqliyyat Nazirliyi xəbərdarlıq edib ki, hökumət gələn həftə də bağlı qalarsa, ölkənin bəzi bölgələrində hava məkanının məcburi olaraq bağlanması qaçılmaz olacaq.

ABŞ-də federal hökumət artıq 1 oktyabrdan etibarən fəaliyyətini dayandırıb. Respublikaçılar və Demokratlar arasında büdcə razılaşmasının əldə olunmaması və Konqresin yeni maliyyə ili başlamadan müvəqqəti büdcəni təsdiqləyə bilməməsi səbəbindən hökumət “shutdown” vəziyyətinə düşüb.

Cümə günü hava nəzarətçilərinin təxminən 80%-i işə çıxmayıb. Bildirilir ki, 13 mindən çox işçi maaş almadan çalışmaq məcburiyyətində qalıb.

ABŞ Müdafiə Naziri Şon Daffi, əgər hökumət böhranı gələn həftəyə qədər davam etsə, Nəqliyyat Nazirliyinin bəzi bölgələrdə hava məkanını bağlamağa məcbur olacağını bildirib. Daffi, hazırda hava hərəkətinə nəzarət üçün kifayət qədər personalın olmadığını vurğulayıb.

ABŞ qanunlarına əsasən, büdcə təsdiqlənmədikdə hökumət yalnız “əsas xidmətləri” davam etdirə bilər. Bu xidmətlərə ordu, kəşfiyyat qurumları, dövlət xəstəxanaları, hava limanları və həbsxanalar daxildir. Digər dövlət işçiləri isə müvəqqəti ödənişsiz məzuniyyətə göndərilir və maaşlarını yalnız Konqres yeni büdcəni qəbul etdikdən sonra ala bilirlər.

Bu vəziyyət ABŞ tarixində ən böyük hökumət böhranlarından biri kimi qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv