1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi?

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Polşa, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“1998-ci ilin noyabrında ATƏT-in həmsədrləri ümumdövlət prinsipləri təklif edirdilər. Orada qeyd edilirdi ki, Azərbaycan və Dağlıq Qarabağ bir ölkəni təşkil edir. “Təşkil etmək” ifadəsi isə istər-istəməz hansısa proses barəsində bir işarədir. Yəni konstitusiya prosesi getməlidir. İlkin mərhələdə məhz bu məsələyə Azərbaycan tərəfi müsbət baxırdı. Çünki burada birmənalı olaraq bir ölkənin tərkib hissəsi olacaqdılar”.

presstvaz xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan “Təmas xətti” verilişində Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, ermənilər bu məsələni fərqli şəkildə göstərirdilər:

“Yəni hansısa proses baş verməli idi və bu prosesdə müəyyən olunmalı idi ki, Dağlıq Qarabağ ya hansısa statusla Azərbaycanın tərkibində olacaq, ya da ümumiyyətlə olmayacaq. Təhlükəni nəzərə alaraq, biz birgə dövlət məsələsini gündəmdən çıxardıq. Mən o vaxtları bu barədə təlimat alandan sonra gecə ilə Polşanın xarici işlər naziri görüşdüm. O dedi ki, əgər siz razı deyilsinizsə, biz bunu sənəddən çıxara bilərik. Beləliklə, məsələ həllini tapdı. Səhəri gün artıq bu məsələ mətndə yox idi və ermənilərin verəcəyi reaksiya üçün artıq gec idi”.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv