Belçikada “F-35” qalmaqalı: Yeni döyüş təyyarələri ölkədə problemlər yaradıb

Belçikada “F-35” qalmaqalı: Yeni döyüş təyyarələri ölkədə problemlər yaradıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Belçika, #Fransa, #İtaliya, #Niderland, #Qırıcı təyyarə, #təyyarə, #Unun qiyməti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-dən “F-35” qırıcı təyyarələrinin alınması Belçikada ciddi qalmaqal yaradıb.

presstvaz “20minutes” internet saytına istinadən xəbər verir ki, Belçika “F-16” qırıcılarını əvəz etmək üçün Amerikadan 5.6 milyard avro dəyərində 34 ədəd “F-35” döyüş təyyarələri sifariş edib. Qırıcılardan üçü oktyabrın 13-də Belçikaya gətirilib, dördüncüsü isə texniki problemlərə əlaqədar Azor adalarında qalıb.

“F-35″lər Belçikaya çatdıqdan sonra sözügedən Avropa ölkəsinin müdafiə naziri Teo Franken yaşanacaq problemləri qabardıb. Onun sözlərinə görə, bu cür təyyarələr üçün ölkənin hava məkanı təlim uçuşları keçirmək üçün çox kiçikdir. Nazir buna görə də Fransa, İtaliya və Niderland hava məkanlarından istifadəyə dair danışıqlar aparmaq lazım olduğunu bildirib.

Başqa bir problem yeni təyyarələrdən gələn səs-küylə bağlıdır. Belçika Müdafiə Nazirliyi aviabazaların yaxınlığında yerləşən sakinlərə “F-35″lərin “F-16″lardan təxminən iki dəfə güclü səs çıxardığını izah edən broşürlər paylamağa başlayıb.

O da məlum olub ki, “F-35″in bir saatlıq uçuşunun qiyməti təxminən 50 min avro təşkil edir. Belçikanın bu qədər yüksək xərclərlə qırıcı təyyarələrin uçuşlarını ciddi şəkildə tənzimləməyə məcbur olacağı da vurğulanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv