Nikol Paşinyan: “Ermənistan və Türkiyə öz münasibətlərini normallaşdırmaq üçün düzgün yolla irəliləyirlər”

Nikol Paşinyan: “Ermənistan və Türkiyə öz münasibətlərini normallaşdırmaq üçün düzgün yolla irəliləyirlər”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Ermənistan, #İrəvan, #Nikol Paşinyan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistan və Türkiyə hazırda münasibətlərinin normallaşdırılması prosesində düzgün yolla irəliləyirlər”.

presstvaz TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda “Orbeli: sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bəyan edib.

O, əmin oduğunu bildirib ki, regional nöqteyi-nəzərdən Ermənistanın müstəsna vəziyyət yaranıb – İrəvanın regionun bütün ölkələri, o cümlədən Türkiyə və Azərbaycanla institusional əlaqəsi var. Onun sözlərinə görə, bu, əvvəllər mümkün deyildi. “Ermənistan-Türkiyə münasibətləri, zənnimcə, düzgün yoldadır”, – deyə baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, o, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından və sərhədin açılmasının zaman məsələsi olduğundan artıq danışıb. “Mən bu mövqeni təsdiqləyirəm, çünki biz düzgün yoldayıq. Burada problem bu yolun keçilməsi sürətidir. Lakin qeyd etmək lazımdır ki, bu yolun keçilməsi sürətinə təkcə iki ölkənin siyasi iradəsi deyil, həm də bəzi qravitasiya amilləri təsir göstərir”, – deyə o vurğulayıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı Avropa Siyasi Birliyinin 2026-cı ilin may ayında İrəvanda keçiriləcək sammitinə dəvət etdiyini də təsdiqləyib. Bununla belə, bu səfəri Türkiyə tərəfinin əvəzinə şərh verməyi məqsədəuyğun hesab etməyən Paşinyan səfərin hər halda baş tutacağına ümidvar olduğunu bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv