Nazir: “Hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönələn dərin islahatlar həyata keçirilir”

Nazir: “Hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönələn dərin islahatlar həyata keçirilir”






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Dollar, #İqtisadi siyasət, #Mikayıl Cabbarov, #Milli Məclis, #Nəqliyyat, #Orta Dəhliz, #sənaye və sahibkarlıq komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda yaradılan əlavə dəyərin 1.9% azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 2.9% təşkil etməsi nəticəsində ümumi iqtisadi artım 1.3% təşkil edib.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi artım tempi zəifləsə də, ümumilikdə makroiqtisadi sabitlik təmin edilib və dövlət büdcəsinin fiskal daxilolmaları proqnozdan artıq icra edilib:

“Büdcə xərclərinin icrasının ölkədə iqtisadi artıma təsirini nəzərə alaraq qeyd edə bilərik ki, ilin sonunadək büdcə xərclərinin tam icrası (9 ayda 60% icra) iqtisadi artımın sürətinə müsbət təsir edəcək.

Nəhayət qeyd edilməlidir ki, hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönələn dərin islahatlar həyata keçirilir ki, bu islahatların da iqtisadi artıma təsiri müəyyən müddətdən sonra hiss olunacaq. O cümlədən, Orta Dəhlizin tam işə düşməsi orta və uzun müddətli dövrdə iqtisadi artımın sürətlənməsində permanent amillərdən biri olacaq”.

“Bu şəraitdə cari ilin 9 ayında qeyri-neft-qaz sektorunda ÜDM-in sahələri üzrə əlavə dəyər qeyri-neft-qaz sənayesində və tikinti sektorunda 5%, turizm və ictimai iaşədə 9.3%, informasiya və rabitədə 6.7%, ticarətdə 3.2%, nəqliyyat sektorunda isə 2.1% artıb. Cari ilin 6 ayı ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə yatırılmış birbaşa xarici investisiyaların həcmi 8.2% artıb, qeyri-neft-qaz sektoru üzrə isə 25.4% artım qeydə alınıb. Ötən 9 ayda əsas kapitala 13 mlrd. manat vəsait yönəldilib. Qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yönəldilən investisiyaların real həcmi 7% artıb. Eyni zamanda, özəl qeyri-neft-qaz investisiyalar 10.8% artıb və qeyri-neft-qaz ÜDM-in artım tempini 3.7 dəfə üstələyib ki, bu investisiyaların akkumulyasiya edilməsi-kapital stokunun yığılması növbəti dövrdə daha yüksək iqtisadi artıma çevriləcək”, – nazir vurğulayıb.

O, cari ilin sentyabr ayında 12 aylıq və orta illik inflyasiyanın 5.7% olduğunu, bunun da Mərkəzi Bankın hədəf diapozonu çərçivəsində olduğunu əlavə edib:

“2025-ci ilin 9 ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.7% (188.5 milyon ABŞ dolları) artaraq 2 milyard 649 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının 29%-i ilkin kənd təsərrüfatı məhsulları, 11%-i kənd təsərrüfatı emalı məhsulları, 60%-i isə sənaye məhsullarının payına düşür. 9 ay ərzində ARDNF tərəfindən idxal olunan qızıl istisna olmaqla xarici ticarət balansının müsbət saldosu 5.6 mlrd. ABŞ dolları təşkil edib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv