“Bavariya” Fransa polisindən UEFA-ya şikayət etdi

“Bavariya” Fransa polisindən UEFA-ya şikayət etdi






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avto, #avtobus, #Bavariya, #Fransa, #Nəqliyyat, #Paris, #PSJ, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın “Bavariya” klubu Paris polisinin çıxardığı qərardan UEFA-ya şikayət edib.

presstvaz xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Fransa paytaxtında vacib oyundan öncə azarkeşlərin stadiona gəlişi ilə bağlı sərt addımlar atılıb. Azarkeşlərin arenaya gediş-gəlişini tənzimləmək üçün polis postu yaradılıb.

Bütün azarkeş avtobusları matçdan əvvəl şəhərdən kənarda dayanacaq, tərəfdarlar arenaya ictimai nəqliyyatla yollanacaqlar.

Həmçinin qonaq komanda olan “Bavariya”nın azarkeşlərinin də stadiona yalnız ictimai nəqliyyatla getməsinə icazə var. Matçdan sonra da bütün azarkeşlər stadionu eyni qaydada tərk edəcəklər. Daha sonra avtobuslar polis nəzarəti altında şəhərdən kənara çıxarılacaq.

“Bavariya” yerli polisin qərarını əsassız və gecikmiş hesab edir. PSJ-nin bu məsələdə “Bavariya”nı dəstəklədiyi qeyd edilir.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 4-cü turunun PSJ – “Bavariya” oyunu bu gün Parisin məşhur “Park de Prens” stadionunda keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv