27 milyon manatı xaricdən qaytarmayan şirkət rəhbərinə HÖKM OXUNDU

27 milyon manatı xaricdən qaytarmayan şirkət rəhbərinə HÖKM OXUNDU






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Cinayət işi, #Dollar, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Rusiya, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nərimanov Rayon Məhkəməsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamada və vəzifə səlahiyyətlərindən sui-istifadəyə cəhddə təqsirləndirilən Habil Həşimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Habil Həşimov tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəhbərlik etdiyi qrupun tərkibində əvvəlcədən planlaşdırdıqları vahid niyyətə uyğun olaraq müxtəlif tərəvəz məhsullarını ölkədən ixrac etməklə daha çox qazanc əldə etmək məqsədilə qanunsuz fəaliyyət göstərib.

Belə ki, təqsirləndirilən şəxs bu məqsədlə R.İmanova tapşırıqlar verməklə, MMC-ni 2022-ci ildə onun göstərişi ilə R.İmanovun adına təsis edilərək direktor qismində rəsmiləşdirilməsini təmin edib.

Habil Həşimov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni maddi qazanc əldə etmək məqsədilə MMC-nin direktoru qismində Rusiya Federasiyasında, Qazaxıstan və Özbəkistan Respublikasında fəaliyyət göstərən müxtəlif hüquqi şəxslərlə alqı-satqı müqavilələri bağlayıb.

Belə ki, 2023-2024-cü illərdə bu müqavilələr əsasında MMC-nin adından 1 yanvar 2024-cü il tarixdən – 1 noyabr 2024-cü il tarixinədək 1279 gömrük bəyannaməsi üzrə, həmin dövrün məzənnəsi ilə 27 189 007.60 manat ekvivalentində, yəni 15 993 533.90 ABŞ dolları dəyərində müxtəlif meyvə və tərəvəz məhsulları Azərbaycandan Rusiya, Qazaxıstan və Özbəkistan ərazilərinə ixrac edilib.

Lakin konsiqnasiya yolu ilə ixrac edilən malların müqabilində müvafiq vəsaitlərin 180 gün ərzində Azərbaycandakı müvəkkil banklarda olan hesablara köçürülməsi tələb olunduğu halda, təqsirləndirilən şəxs R.İmanovla qabaqcadan əlbir olmaqla bu vəsaitlərin müvafiq bank hesablarına qaytarılmasını təmin etməyib.

Nəticədə 27 189 007.60 manat ekvivalentində külli miqdarda xarici valyuta vəsaitləri Azərbaycanın müvəkkil edilmiş bank hesablarına məcburi qaydada köçürülməsinə baxmayaraq, xaricdə saxlanılıb, dövlətin iqtisadi maraqlarına zidd olaraq qanunsuz şəkildə mənimsənilib.

Beləliklə, təqsirləndirilən şəxs və R.İmanov bu əməlləri ilə Azərbaycan Respublikasının iqtisadi dayanıqlılığının təmin edilməsi, valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və inflyasiya təzyiqlərinin azaldılması sahəsində dövlət siyasətinə zərər vurmaqla, qanunla qorunan dövlət mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər yetiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv