Xəzər dənizi sahilində 112 suiti cəmdəyi aşkar edilib

Xəzər dənizi sahilində 112 suiti cəmdəyi aşkar edilib






presstv

"Presstv"az #Audi, #Kənd Təsərrüfatı Nazirliyi, #Qazax, #Qazaxıstan, #Qrip, #Quş qripi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəzərin Qazaxıstan sahillərində 112 suiti cəmdəyi aşkar edilib.

presstvaz xəbər verir ki, bu barədə məlumatı Mangistau vilayətinin Ekologiya Departamenti yayıb.

Departamentin məlumatında deyilir ki, Tupkaraqan rayonunun Asan yaşayış məntəqəsindən Bautino burnuna qədər sahil xəttinin monitorinqi zamanı 112 Xəzər suitisinin cəmdəyi aşkar edilib. Bu heyvanlar arasında kütləvi tələfatın səbəblərini müəyyən etmək üçün ərazidən dəniz suyu nümunələri götürülüb.

Xəzərdə suitilərin kütləvi ölümü ilk dəfə qeydə alınmır. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən məlumatına görə, 2024-cü ildə bu cür hallara yüksək patogenli quş qripi virusu, immun çatışmazlığı fonunda neyrovirus infeksiyası və dəniz dibindən təbii qaz sızmaları nəticəsində asfiksiya səbəb ola bilərdi. 2022-2023-cü illərdə suitilər yırtıcı heyvanlar arasında taun xəstəliyindən və kəskin pnevmoniyadan tələf olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv