Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımı dayandıra bilər

Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımı dayandıra bilər






presstv

"Presstv"az #Audi, #Avropa, #Belçika, #Beynəlxalq Valyuta Fondu, #Dollar, #Kiyev, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belçikanın Rusiyanın aktivlərinin ekspropriasiyası və “reparasiya krediti” sxemi adı ilə Ukraynaya vəsaitin verilməsi qərarını dəstəkləməkdən imtina etməsi Beynəlxalq Valyuta Fondunu (BVF) Kiyevə maliyyə yardımını dayandırmağa sövq edə bilər.

presstvaz xəbər verir ki, bu barədə “Politico” Aİ nümayəndələrinə istinadla yazıb.

Bildirilir ki, mübahisəli “reparasiya krediti”nin Avropadakı tərəfdarlarının fikrincə, BVF-nin Ukraynaya davamlı maliyyə dəstəyi həlledici rol oynayır. Bu səbəbdən də onlar fondu Kiyevə yeni yardımın ayrılmasına inandırmaq üçün vaxtın tükəndiyindən narahatdırlar.

BVF növbəti üç il ərzində Ukraynaya 8 milyard dollar məbləğində kredit verməyi nəzərdən keçirir. Lakin BVF-nin maliyyə dəstəyi Aİ-nin Rusiyanın dondurulmuş dövlət aktivlərini (onların böyük hissəsi Belçikadadır) cəlb etməklə “reparasiya krediti”ni razılaşdıra bilib-bilməyəcəyindən asılıdır.

Bildirilir ki, “reparasiya krediti” BVF-ni Ukraynanın yaxın illərdə maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarında olduğuna inandırmalıdır, çünki bu, hər hansı ölkənin maliyyələşdirilməsi üçün məcburi şərtdir. Lakin ötən ay Belçika Aİ-nin maliyyə və hüquq məsələləri üzrə liderləri ilə görüşündə “reparasiya krediti”nə qarşı çıxıb. Odur ki, Avropa İttifaqı ölkələri öz mövqelərini BVF-nin dekabrda keçiriləcək həlledici iclasına qədər razılaşdırmaq üçün tələsməlidirlər.

Qəzetin yazdığına görə, BVF-nin Kiyevə yardımının həcmi, əslində, elə də böyük deyil, lakin yardımın ayrılması faktı ölkənin maliyyə dayanıqlılığının göstəricisidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv