Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb






presstv

"Presstv"az #Audi, #Futbol, #Neftçi, #Premyer Liqası, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.

presstvaz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5 800 tamaşaçı izləyib.

Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1 hesablı qələbə qazanıblar. Bu oyun mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.

Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3 500 izləyici olub.

Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min 766 tamaşaçı izləyib. Orta göstərici 1 117-yə bərabərdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv