İran XİN rəhbəri zərbələrdən sonra itmiş uranın yerini açıqladı

İran XİN rəhbəri zərbələrdən sonra itmiş uranın yerini açıqladı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Benyamin Netanyahu, #İran, #İsrail, #Müharibə, #Münaqişə, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin İranın ən böyük nüvə proqramı obyektlərinə endirdiyi zərbələrdən sonra itmiş 60%-ə qədər zənginləşdirilmiş 400 kq uran hücumlardan əvvəl olduğu yerdədir.

presstvaz xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Abbas Əraqçı “Al Jazeera”ya verdiyi müsahibədə bildirib.

Müsahibənin bir hissəsi onun “Telegram” kanalında yayımlanıb.

Əraqçının sözlərinə görə, bu materialların, demək olar ki, hamısı zərbələr nəticəsində dağıdılmış müəssisələrin qalıqları altında yerləşir.

XİN rəhbəri ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin böyük ziyan vurduğunu, bina və avadanlıqların dağıldığını bildirib. Bununla yanaşı, o, texnologiyaların məhv edilmədiyini vurğulayıb və İranın qətiyyətinin yox olmadığını, hətta müharibədən sonra artdığını bəyan edib.

Xatırladaq ki, iyun ayında İsrail və İran arasında 12 günlük müharibə baş verib. İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyatı başlatmaq qərarını Tehranın nüvə silahı yaratmağa yaxınlaşması ilə izah edib. Münaqişəyə ABŞ də qoşulub və İranın Fordo, İsfahan və Natanzdakı ən böyük nüvə proqramı obyektlərinə zərbələr endirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv