Abubakar debütü ilə Premyer Liqanın tarixinə düşdü

Abubakar debütü ilə Premyer Liqanın tarixinə düşdü






presstv

"Presstv"az #Audi, #Fransa, #Futbol, #Neftçi, #Premyer Liqası, #Qəbələ, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Neftçi”nin hücumçusu Vensan Abubakar Misli Premyer Liqasının tarixinə keçib.

presstvaz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, kamerunlu hücumçu IX turun “Qəbələ” (2:0) və X turun “Kəpəz”lə (5:1) matçlarında fərqlənib. Hər görüşdə bir dəfə fərqlənən afrikalı forvard Premyer Liqanın son 6 mövsümündə yeganə debütantdır ki, ilk iki qarşılaşmanı qolsuz tərk etmir.

Turnirin tarixində sonuncu belə debüt 2019/20 mövsümünə təsadüf edib. Nikolas Raysel “Qəbələ”yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. “Sabah”la “Səbail”in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan meydana çıxıb, digərində isə start heyətində yer alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv