İki qurum yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT edib

İki qurum yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT edib






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), #Nəqliyyat, #Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə əlaqədar piyada və sürücülərə müraciət ediblər.

presstvaz xəbər verir ki, NİİM-in müraciətində yağıntılı hava şəraitində texniki nasaz nəqliyyat vasitəsi ilə hərəkət etməyin paytaxt yollarında hərəkətin intensivliyinə təsir göstərdiyi vurğulanır:

“Belə havalarda nasaz avtomobillərin yolda qalması süni sıxlıqların yaranmasına gətirib çıxarır. Nəticədə də digər nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranır, eyni zamanda qəza riski artır”.

Mərkəz sürücülərə yola çıxmazdan əvvəl avtomobillərinin texniki vəziyyətini yoxlamalarını tövsiyə edir. Xüsusilə, təkərlərin vəziyyəti, əyləc sistemi, şüşə silənlərin işlək olması, həmçinin işıq sisteminin düzgün işləməsi önəmlidir:

“Yağıntılı havalarda sürücülərin ehtiyatlı davranması, sürət həddinə və məsafəyə riayət etməsi, eləcə də nasazlıq baş verdikdə avtomobili yolun kənarına çəkməsi vacibdir. Bu, həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır”.

BDYPİ-nin müraciətində isə yağışlı havada sürücü və piyadaların üzləşə biləcəkləri digər risklərə diqqət çəkilir:

“Hazırda paytaxtda, eləcə də respublikanın ayrı-ayrı bölgələrində yağışlı və çiskinli hava, bəzi yol sahələrində isə duman müşahidə olunur. Belə şəraitdə görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, qəza ehtimalını artırır.

BDYPİ sürücülərdən və piyadalardan xahiş edir ki, belə hava şəraitində yollarda xüsusi diqqət və ehtiyatla hərəkət etsinlər.

Sürücülərə tövsiyə olunur ki, sürət həddini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, ötmə və manevretmə zamanı xüsusilə diqqətli olsunlar, həmçinin şüşəsilən və işıq cihazlarının, o cümlədən təkərlərin saz vəziyyətdə olmasına əmin olsunlar.

Piyadalar isə yalnız müəyyən olunmuş keçidlərdən keçməli, yolu keçərkən təhlükəsizlikdən tam əmin olmalı, mümkün qədər yağış və çiskin zamanı görünməni artıran işıq əks etdirən geyimlərə üstünlük verməlidirlər.

BDYPİ bir daha xatırladır ki, hava şəraitindən asılı olmayaraq diqqət və məsuliyyət hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin əsas təminatıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv