Şirniyyat yeyəndə bulanıq görürsünüzsə… – Həkimdən xəbərdarlıq

Şirniyyat yeyəndə bulanıq görürsünüzsə… – Həkimdən xəbərdarlıq






presstv

"Presstv"az #diabet, #Həkim, #oftalmoloq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi insanlarda şirniyyat yedikdən sonra yaranan "bulanıq görüntü" göz yorğunluğu ilə deyil, qanda şəkərin səviyyəsinin sürətli dəyişməsi ilə əlaqədardır.

presstvaz xəbər verir ki, bunu oftalmoloq Xədicət Süleymanova açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, məsələn, çoxlu miqdarda qarpız yedikdən sonra qanda qlükozanın səviyyəsi kəskin şəkildə artır. Bu zaman qlükozanın bir hissəsi büllurda sorbitola çevrilir, o isə mayeni saxlayaraq şişməyə səbəb olur. Nəticədə büllurun forması və işığın sınma göstəricisi dəyişir, görüntü dumanlı və "axıcı" hala gəlir. Bu vəziyyət adətən "miyopik sürüşmə" adlanır və görmə mənfi istiqamətə dəyişir.

"Şəkərin kəskin qalxması göz yaşının tərkibinə də təsir edir, onu daha az stabil edir. Buna görə də şəkərli qidalar qəbulundan sonra bir çox insan hər iki gözdə bulanıqlıq və 'pərdə' effekti hiss edir", – deyə Süleymanova qeyd edib.

Adətən bu simptom yeməkdən 30-60 dəqiqə sonra yaranır və 1-3 saat davam edir. Lakin maddələr mübadiləsi pozulmuş şəxslərdə bu hal 4-8 saata qədər uzana bilər. Prediabet, insulinə qarşı dözümsüzlük və 2-ci tip diabeti olan insanlarda bu effekt daha aydın hiss olunur.

Həkim əlavə edib ki, belə hallarda görmədəki bulanıqlıq iki tərəfli olur, göz qırpmaqla keçmir və tez-tez susuzluq, baş ağrısı və yorğunluqla müşayiət olunur. Əgər bulanıqlıq 1-2 gündən çox çəkərsə, tək gözdə yaranarsa və ya gözdə ağrı, işıq haləsi və ya "uçan nöqtələr" müşahidə edilərsə, bu, ciddi problemin göstəricisi ola bilər.

Süleymanova bildirib ki, şəkərin qısa müddətli yüksəlişi göz daxili təzyiqin artmasına da səbəb olur. Bu isə xüsusilə qlaukoma xəstələri üçün təhlükəlidir.

Mütəxəssis, şəkərli qidaların qəbulunda porsiya ölçüsünə və yemək sürətinə diqqət etməyi məsləhət görür:

"Qarpızın böyük dilimini sürətlə yemək riski artırır. Əgər şirniyyat zülal, lif və yağla birlikdə qəbul edilərsə, şəkərin qalxması yüngülləşir."

Oftalmoloq əlavə edib ki, belə simptomlar təkrarlanarsa, bu, şəkər mübadiləsinin pozulmasının erkən əlaməti ola bilər: "Bu kimi hallar baş verərsə, şəkər səviyyəsini və göz təzyiqini yoxlatmaq, həkimə müraciət etmək vacibdir."


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv