Qadınlarda bu yaşdan sonra ürək problemləri başlayır – Səbəb

Qadınlarda bu yaşdan sonra ürək problemləri başlayır – Səbəb






presstv

"Presstv"az #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər qadınlarda yaş artdıqca ürək xəstəliklərinin yaranma səbəbini araşdırıblar.

presstvaz xəbər verir ki, Rusiyanın Penza Dövlət Universitetinin həkimləri müəyyən ediblər ki, qadınlarda yaş artdıqca bədəndə qadın hormonlarının azalması ürəyə mənfi təsir göstərir. Bu, ürəkdə fibroz adlanan dəyişikliklərə səbəb olur. Yəni, ürək əzələsinin bir hissəsi bərkiməyə başlayır və bu da ürəyin ritmini pozur, ürək çatışmazlığına gətirib çıxara bilər.

Mütəxəssislər bildiriblər ki, bu vəziyyət xüsusilə klimaks dövrünə, yəni qadınlarda 45-50 yaşdan sonra baş verən hormonal dəyişikliklərə təsadüf edir. Məhz bu dövrdə estrogen və progesteron hormonlarının azalması ürəyi daha zəif hala salır.

Tədqiqat zamanı alimlər ürək-damar xəstəliklərindən vəfat edən 50 qadının ürəyini araşdırıblar və fibrozun yaşlı qadınlarda daha çox olduğunu aşkar ediblər. Bundan başqa, 500 nəfər üzərində aparılan müşahidələr də eyni nəticəni göstərib.

Alimlər qeyd ediblər ki, qadın hormonlarının azalması ilə ürəkdə yaranan fibrozun sahəsi birbaşa əlaqəlidir.

Hazırda tədqiqat davam edir. Həkimlər bu məlumatlara əsaslanaraq ürək xəstəliklərinin qarşısını almaq üçün yeni tövsiyələr hazırlayırlar. Məqsəd, qadınlarda ürək-damar xəstəliklərinin sayını azaltmaqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv