400 min kilometr yolu “gözüyumulu” qət edən ən dözümlü avtomobillər açıqlandı

400 min kilometr yolu “gözüyumulu” qət edən ən dözümlü avtomobillər açıqlandı






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Avto, #avtomobillər, #Bahalaşma, #Lexus, #Lexus RX, #Nəqliyyat, #Toyota, #Toyota Tacoma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Artan iqtisadi qeyri-sabitlik və avtomobil qiymətlərindəki kəskin bahalaşma sürücülərin seçimlərinə də təsir edib. Artıq bir çox insan üçün avtomobil sadəcə nəqliyyat vasitəsi deyil, həm də uzunmüddətli bir sərmayə hesab olunur. Buna görə də, yüksək kilometrlərə baxmayaraq problemsiz işləyən dözümlü modellər daha çox maraq doğurur.

presstvaz xəbər verir ki, aparılan beynəlxalq araşdırmaya görə, ən dözümlü avtomobillər siyahısına Yapon nəhəngləri – Toyota və Lexus damğa vurub.

iSeeCars analitikləri tərəfindən aparılan tədqiqatda 174 milyondan çox avtomobil təhlil edilib. Nəticələrə əsasən, 400 min kilometrdən çox məsafə qət edən modellərin ilk doqquz yeri Toyota və Lexus markalarına məxsusdur.

Araşdırmada dünya üzrə avtomobillərin cəmi 4,8 faizinin 400 min kilometrə çatdığı müəyyən olunub. Lakin Yapon istehsalçılarında bu göstərici xeyli yüksəkdir.

Ən dözümlü avtomobil modeli kimi Toyota Sequoia birinci yerdə qərarlaşıb. Araşdırmaya görə, bu modelin 39,1 faizi 400 min kilometrdən çox məsafə qət edib.

İkinci yerdə Toyota 4Runner (%32,9), üçüncü pillədə isə Toyota Highlander Hybrid (%32,9) yer alıb.

Bu nəticələr, Toyota-nın hibrid sistemlərinin klassik mühərriklər qədər etibarlı olduğunu göstərib.

İlk beşliyi tamamlayan modellər

Toyota Tundra – %30

Lexus IS – %27,5

Bu avtomobillərin həm SUV, həm də sedan seqmentlərində uzunömürlü və sabit performans sərgilədiyi vurğulanıb.

Siyahının davamında yer alan digər dözümlü modellər belədir:

Toyota Tacoma – %25,3

Toyota Avalon – %18,9

Lexus GX – %18,3

Lexus RX Hybrid – %17

Bu nəticələr Yapon mühəndisliyinin keyfiyyət və etibarlılıqda sabitliyini bir daha təsdiqləyib.

Toyota və Lexus-dan sonra Honda da üç modeli ilə siyahıya daxil olub:

Honda Ridgeline – %14,7

Honda Pilot – %13,1

Honda Odyssey – %13

Bu modellər xüsusilə ailə və uzun məsafə sürüşlərində etibarlılığı ilə fərqlənib.

Mütəxəssislər bildirir ki, ikinci əl bazarında Toyota və Honda modelləri bahalı olsa da, uzunömürlü investisiya sayılır.

Güclü mühərrik quruluşu sayəsində bu avtomobillər böyük texniki nasazlıqlara qarşı daha dözümlüdür və 400 min kilometrdən çox ömürləri ilə “ömürlük avtomobillər” kimi dəyərləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv