Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdinin qarşısı alınıb

Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdinin qarşısı alınıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Nəsimi Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə aparılan şəhərsalma monitorinqi zamanı Nəsimi rayonu, 28 May küçəsi, 20 ünvanında (inventar № 2 904) yerləşən memarlıq abidəsində qanunvericiliyin kobud pozuntuları aşkarlanıb.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Aydın olub ki, binanın fasadında və 133.4 kv.m sahəsi olan qeyri-yaşayış obyektində heç bir icazə sənədi və müvafiq qurumlarla razılaşdırma olmadan özbaşına təmir-tikinti işləri aparılıb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işlərin dayandırılması ilə bağlı aidiyyəti qurumlar və obyektin sahibləri əvvəlcədən xəbərdar edilsələr də, qanunsuz fəaliyyət yenidən davam etdirilərək reklam banerləri ilə gizlədilməyə cəhd göstərilib.

Bu kimi hərəkətlər şəhərin tarixi-memarlıq mühitinə ciddi müdaxilə kimi qiymətləndirilir və dövlət mühafizəsində olan obyektə zərər vurur.

İşlər dərhal dayandırılıb, binanın fasadı mütəxəssislərin nəzarəti altında ilkin vəziyyətinə qaytarılır. Qanun pozuntusu faktı barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bir daha bütün mülkiyyətçi və icarədarları xəbərdar edir ki, binaların memarlıq görkəminə edilən hər hansı qeyri-qanuni müdaxilə qanunvericiliyin kobud pozuntusu hesab olunur və pozuntuya yol verənlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv