Ermənistan Milli Təhlükəsizlik Xidməti Eçmiədzində əməliyyat tədbirlərini davam etdirir

Ermənistan Milli Təhlükəsizlik Xidməti Eçmiədzində əməliyyat tədbirlərini davam etdirir






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Cinayət işi, #Ermənistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Eçmiədzində “kimyaçılar” hərbi hissəsində keçirilən əməliyyat tədbirləri Ermənistan Antikorrupsiya Komitəsində açılmış cinayət işi çərçivəsində aparılır.

presstvaz “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

“Hərbi polisdə ehtimal edilən cinayətlə əlaqədar məlumat Antikorrupsiya Komitəsinə göndərilib və burada qanunla müəyyən edilmiş qaydada araşdırma başlanılıb”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, bu hərbi hissə ilə bağlı cinayət işi daha əvvəl geniş ictimai əks-səda doğurub. Bu iş üzrə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant Andranik Makaryana və bir sıra digər hərbçilərə qarşı ittihamlar irəli sürülüb.

12:14

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları gecə saatlarında Eçmiədzindəki hərbi hissələrdən birində (xalq arasında daha çox “Kimyaçılar” adı ilə tanınır) əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

presstvaz Ermənistan KİV-ə istinadla xəbər verir ki, bəzi hərbçilər, o cümlədən yüksəkrütbəli hərbçilər saxlanılıblar.

Qeyd edilir ki, MTX hərbi hissədə əməliyyat tədbirlərini davam etdirir. Axtarışların səbəbi barədə məlumat verilmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv