Bakıda süpürgəçi qadın avtomobillə vurulub: “Qəzanı törədən şəxs yoxa çıxıb”

Bakıda süpürgəçi qadın avtomobillə vurulub: “Qəzanı törədən şəxs yoxa çıxıb”






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #Bakı, #Cinayət işi, #Hadisə, #Kliniki Tibbi Mərkəz, #Koma vəziyyəti, #Nəqliyyat, #Yasamal Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Atasının adına olan avtomobillə süpürgəçi qadını vuran şəxs hadisə yerindən yayınıb. 61 yaşlı süpürgəçi qadın 36 gündür komadadır. Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən, 4 övlad anası Kəmalə Alməmmədova Bakıda kirayədə yaşayır.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, Kəmalə Alməmmədovanın doğmaları iddia edirlər ki, 36 gündür koma vəziyyətində olan xəstə ilə nə iş yerindən, nə də onu xəstəxanalıq edən şəxs tərəfindən maraqlanan var.

Sentyabr ayının 24-ü səhər saat 05.30-da Kəmalə Alməmmədovanın son iş günü olur. Küçə təmizliyi üçün səhərin gözü açılmamış işinin başında olan 4 uşaq anası yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanır. Yaxınları deyirlər ki, hadisə Yasamal rayonu, Mətbuat prospekti, Qələbə dairəsində baş verib.

Zərərçəkmişin qohumu Şamil İslamov iddia edir ki, Kəmalə Alməmmədovaya hadisəni törədən şəxsin ailəsi də cəmi 10 gün baş çəkib. Bundan sonra avtomobil qəzasını törədən şəxsin ailəsi telefonları söndürüb, onlarla əlaqəni kəsib.

Bir sözlə, xəstənin yaxınları Kəmalə Alməmmədovaya etinasız yanaşmadan şikayətçidir, onlar 61 yaşlı qadının ailəsinin maddi durumunun yaxşı olmadığını dilə gətirirlər.

Məsələ ilə bağlı Yasamal rayon 32 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Kamran Novruzovla telefon əlaqəsi saxlanılıb. O, birliyin əməkdaşı Kəmalə Alməmmədovanın səhhəti ilə mütəmadi maraqlandıqlarını dedi. Hadisəni törədən şəxsin nə özü, nə də ailə üzvləri isə telefonlara cavab vermədi.

Klinki Tibbi Mərkəzdən verilən rəydə bildirilir ki, 1964-cü il təvəllüdlü Kəmalə Alməmmədova hadisə zamanı müştərək qapalı kəllə-beyin travması, soltərəfli yerdəyişən kompleks sınığı, ön və arxa divarın sınığı, fəqərə cizminin qəlpəli sınığı, sağ qasıq sümüyünün sınığı, 5-6-7-8-9 qabırğaların sol kürək sümüyünün proksimal üçdə bir sınığı ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. Ziyanın ödədilməsi, cinayət hadisəsinin obyektiv araşdırlması, yol-nəqliyyat hadisənin ekspertizasının təyin olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir. Ekspertizanın müvafiq rəyi cinayət işinə əlavə olunduqdan sonra qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv