Vüqar Bayramov: “İlham Əliyevin 22 illik Prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox böyüyüb”

Vüqar Bayramov: “İlham Əliyevin 22 illik Prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox böyüyüb”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dollar, #Hakim, #İlham Əliyev, #Milli Məclis, #Nəqliyyat, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan iqtisadiyyatının keçirdiyi dövrü 3 mərhələyə bölmək mümkündür. Müstəqilliyin ilk illərindəki hakimiyyətlərin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan iqtisadiyyatı ciddi tənəzzülə qədəm qoydu”.

presstvaz xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, AXC-Müsavat qrupunun iqtidarı dövründə iqtisadiyyat ciddi böhran mərhələsinə qədəm qoymuş və sənaye və kənd təsərrüfatı istehsalı 2.7 dəfə azalmışdı:

“1993-2003-cü illərdə ümummilli liderin yeni hakimiyyətdə olduğu dövrdə tənəzzülün qarşısı alındı və iqtisadiyyat inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci ildən başlayaraq Azərbaycanda əvvəlki hakimiyyətlərin dövründə dərinləşən tənəzzül inkişaf ilə əvəz olundu. 1996-2002-ci illərdə ÜDM 71 faiz artdı. Bu müddətdə kənd təsərrüfatında 40.3 faiz, nəqliyyat və rabitədə 4.2 dəfə olmuş, tikintidə 5 dəfə və ticarətdə isə 1.9 dəfə artım qeydə alındı. Bu o deməkdir ki, indiki toksik müxalifətin iqtidarda olduğu dövrdə yarıtmaz idarəetmə nəticəsində toksikləşdirdiyi iqtisadiyyat məhz ümummilli liderimizin rəhbərliyi sağlamlaşdırıldı və yeni inkişaf mərhələsinə qədəm qoydu”.

İlham Əliyevin 22 illik Prezidentliyi dövründə isə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir”, – deyə deputat vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv