BYD şirkətinin xalis mənfəəti 30%-dən çox azalıb: Satışlarda və gəlirdə tənəzzül müşahidə edilir

BYD şirkətinin xalis mənfəəti 30%-dən çox azalıb: Satışlarda və gəlirdə tənəzzül müşahidə edilir






presstv

"Presstv"az #Audi, #Avto, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin BYD avtomobil nəhəngi cari ilin ilk doqquz ayının nəticələrini yekunlaşdırıb.

presstvaz “Naavtotrasse” portalına istinadla xəbər verir ki, nəticələr ürəkaçan olmayıb. Hesabat dövründə şirkətin ümumi gəlirinin 12.75% artaraq sanballı 566.27 milyard yuan (135.6 milyard manat) həddinə çatmasına baxmayaraq, xalis mənfəət xeyli azalaraq ümumən 23.33 milyard yuan (5.59 milyard manat) təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7.55% azdır.

Tənəzzül xüsusilə üçüncü rübdə qeydə alınıb: BYD şirkətinin xalis mənfəəti birdən-birə 30%-dən çox azalaraq 7.82 milyard yuana (1.87 milyard manat) düşüb, bu rüb ərzində gəlir isə 3.05% azalaraq 195 milyard yuan (46.7 milyard manat) səviyyəsində qərarlaşıb.

Şirkətin əsas istiqamətləri – elektromobillərin və hibridlərin (NEV) satışı da çətinliklərlə üzləşib. Üçüncü rübdə 1 114 192 belə avtomobil satılıb ki, bu da keçən illə müqayisədə 1.82% azdır. Bu göstərici əvvəlki rüblə müqayisədə 2.7% azalıb. Beləliklə, ümumi gəlirin artmasına baxmayaraq, Çin şirkəti mənfəətin, habelə ekoloji cəhətdən təmiz modellərə tələbatın azalması ilə üzləşib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv