“Real Madrid” UEFA-nı məhkəməyə verir: İspaniya klubu 4,5 milyard avro təzminat istəyir

“Real Madrid” UEFA-nı məhkəməyə verir: İspaniya klubu 4,5 milyard avro təzminat istəyir






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Avropa, #Futbol, #Hakim, #İspaniya, #İspaniyanın

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın “Real Madrid” klubu UEFA-nı məhkəməyə verməyə hazırlaşır.

presstvaz “AS” nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu və Superliqanı təbliğ edən “A22 Sports” şirkətinin vəkilləri qitənin ali futbol təşkilatından zərər, itirilmiş mənfəət və nüfuz itkisinə görə təzminat tələb etmək niyyətindədirlər.

Təzminatın məbləği 4,5 milyard avro olaraq qiymətləndirilib.

2023-cü ildə Avropa Məhkəməsi UEFA və FIFA-nın yeni turnir – Superliqanı yaratmaq ideyasının ləğvi ilə bağlı qərar çıxarıb. Məhkəmə həmçinin FİFA və UEFA-ya “rəqabətə zidd davranışlara” son qoymaqla bağlı xəbərdarlıq edib.

2025-ci ilin oktyabrında Madrid məhkəməsi UEFA-nın Avropa İttifaqının azad rəqabət qaydalarını pozduğunu və hakim mövqeyindən sui-istifadəni təsdiqləyib. “Real Madrid” bəyan edib ki, bu qərar kluba dəymiş əhəmiyyətli ziyana görə təzminat tələb etməyə imkan verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv