Orban neft emalı zavodunda yanğında xaricdən müdaxiləni istisna etməyib

Orban neft emalı zavodunda yanğında xaricdən müdaxiləni istisna etməyib






presstv

"Presstv"az #Audi, #Hadisə, #Macarıstan, #Polşa, #Rusiya, #Ukrayna, #Viktor Orban

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rəsmi Budapeşt MOL şirkətinə məxsus neft emalı zavodunda (NEZ) baş verən qəzanın arxasında xarici qüvvələrin ola biləcəyini istisna etməyib.

presstvaz xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban özünün “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, əsas etibarilə Rusiya xammalı ilə işləyən bu NEZ strateji əhəmiyyətə malikdir və Macarıstanın beş əsas sənaye obyektindən biridir.

“Dünən axşam Sazhalombattadakı neft emalı zavodunda baş vermiş hadisə ilə bağlı daxili işlər nazirinin hesabatını dinlədim. Biz hələ də bilmirik: bu, bir bədbəxt hadisə, nasazlıq idi, yoxsa xaricdən hücum olub”, – deyə baş nazir yazıb.

Orban, həmçinin Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ukraynalılara “Drujba” neft kəmərini partlatmağı məsləhət görən bəyanatını xatırladıb.

“Ümid edirik ki, bu baş verməyəcək”, – deyə Orban qeyd edib.

Xatırladaq ki, oktyabrın 21-də Budapeştdən 30 kilometr məsafədə Sazhalombatta şəhərində MOL şirkətinə məxsus “Dunay” NEZ-də böyük yanğın baş verib. Bəzi KİV yazıb ki, bu insident təxribat nəticəsində baş verə bilərdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv