Astanada Qazaxıstan prezidentinin keçmiş müşaviri döyülərək öldürüldü

Astanada Qazaxıstan prezidentinin keçmiş müşaviri döyülərək öldürüldü






presstv

"Presstv"az #Almatı, #Araşdırma, #Astana, #Audi, #Cinayət işi, #Prezident Administrasiyası, #Qazax, #Qazaxıstan, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gecə Astanada 90-cı illərdən bəri dövlət strukturlarında müxtəlif vəzifələrdə çalışmış Yerjan Babakumarov dünyasını dəyişib.

presstvaz xəbər verir ki, bu barədə Qazaxıstan mediasında məlumat yayılıb.

Polis idarəsinin məlumatına görə, keçmiş məmur döyülərək öldürülüb.

İlkin olaraq müəyyən edilib ki, əvvəllər tanış olan kişilər arasında mübahisə yaranıb və bu, dava ilə nəticələnib. Aldığı xəsarətlər nəticəsində 56 yaşlı Babakumarov ölüb.

“Şübhəli şəxs saxlanılıb və müvəqqəti saxlama məntəqəsinə göndərilib. Qətl faktı ilə bağlı cinayət işi açılıb, məhkəməyə qədər araşdırma aparılır”, – deyə polis idarəsindən bildirilib.

Qeyd edək ki, Yerjan Babakumarov 2 mart 1969-cu ildə Qazaxıstanın Taldıkorqan vilayətində anadan olub. Siyasi elmlər namizədidir.

1996-cı ildən dövlət qulluğunda çalışıb. Daxili siyasət şöbəsinin müdir müavini, Prezident Administrasiyasının informasiya-analitik mərkəzinin rəhbəri olub, mədəniyyət və informasiya nazirinin məsul katibi və nazirin müavini kimi çalışıb. O, baş nazirin ofisinin rəhbər müavini, prezident yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin direktoru, dövlət başçısının müşaviri – Prezident Administrasiyasının Təhlil və Proqnozlaşdırma Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

2019-cu ilin iyul ayından 2022-ci ilin fevralına qədər Babakumarov Almatı akiminin müavini olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv