Dövlət komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb

Dövlət komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İlham Əliyev, #Ramin Məmmədov, #Təbrik, #Təhsil, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 30-da Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri Safi Arpaguş ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafı üçün güclü zəmin yaratdığı xüsusi vurğulanıb.

R.Məmmədov Safi Arpaguşu Diyanət İşləri İdarəsinin sədri vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edərək, iki qardaş ölkə arasında dini sahədə əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin, adət-ənənələrimizin qorunmasına və dünyada təbliğinə mühüm prioritet kimi yanaşır. Məhz bu siyasət nəticəsində ölkəmizdə insanların etiqad azadlığı etibarlı şəkildə təmin olunur. R.Məmmədov qeyd edib ki, dini konfessiyalar arasında qarşılıqlı anlaşma və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Dünyəvi dövlət prinsiplərinə sadiq olan Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus və uğurlu modeli formalaşıb. O, bu modelin dini icmaların fəaliyyətinə dövlət dəstəyinin təmin edilməsi, dini maarifçilik və təhsil sahəsində kompleks tədbirlərin, həmçinin müasir çağırışlara uyğun təşəbbüslərin səmərəli icrasında əhəmiyyətli rol oynadığını bildirib.

Safi Arpaguş Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar yaratdığını qeyd edib. O, dini təhsil, maarifləndirmə və kadr hazırlığı sahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə multikulturalizm, tolerantlıq sahələrində layihələrin həyata keçirilməsi, dini radikalizm və ekstremizmə qarşı mübarizədə birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyə Diyanət Akademiyası arasında elmi-tədris əməkdaşlığının təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

Dövlət komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv