Daxili dövlət borcu 17 milyard 46,8 milyon manata düşüb

Daxili dövlət borcu 17 milyard 46,8 milyon manata düşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Maliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu il oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 17 milyard 46.8 milyon manat təşkil edib.

presstvaz Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daxili borcun ümumdaxili məhsula (ÜDM) nisbəti 13.1% olub. Hesabat tarixinə borcun həcmi ilin əvvəli ilə müqayisədə 1 milyard 612.9 milyon manat azalıb.

Daxili borcun 7 milyard 987 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 59.8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Dövriyyədə olan dövlət qiymətli kağızlarının 3%-i birillik, 56.3%-i 2-3 illik, 40.7%-i isə 5 il və daha uzunmüddətli istiqrazlardır.

Oktyabrın 1-nə dövlət istiqrazları üzrə orta ödəmə müddəti 3.52 ilə bərabərləşib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv