Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Çin, #Dollar, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin ölkənin 2026-2030-cu illəri əhatə edən inkişaf planında elektrik avtomobillərini strateji sahələr siyahısından çıxarıb. Avtomobil sənayesinin bu seqmenti bazar təklifinin həddindən artıq olması problemləri səbəbindən on ildən çox müddət ərzində ilk dəfədir ki, Çinin strategiyasında yer almayıb.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yeni enerji mənbəli avtomobillər, o cümlədən elektrik avtomobilləri, “plug-in hibrid”lər və yanacaqla işləyən avtomobillər, sənayenin rəqabət qabiliyyətini artırmağa yönəlmiş əvvəlki üç beşillik planda Çinin strateji inkişaf edən sahələr siyahısına daxil idi. Dövlət istehsalçılara milyardlarla dollar həcmində subsidiyalar verirdi ki, bu da Çinin dünya elektromobil bazarında lider mövqe tutmasına kömək edib.

Yeni planda iqtisadi artımın yeni hərəkətverici qüvvələri kimi kvant texnologiyaları, bioistehsal, hidrogen enerjisi və nüvə sintezi prioritet təşkil edir. Çin hökuməti tam beşillik planı gələn ilin mart ayında açıqlamağı planlaşdırır.

Son illərdə Çin dünyanın ən böyük avtomobil bazarına çevrilib. Bununla belə, eyni zamanda, o, istehsal gücünün həddən artıq olması, uzun sürən “qiymət müharibəsi” və həddindən artıq rəqabətlə üzləşib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv