Yaponiya Rusiyadan qaz idxalından imtina etməyəcək

Yaponiya Rusiyadan qaz idxalından imtina etməyəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Donald Tramp, #Rusiya, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampa bildirib ki, Rusiyadan maye qaz idxalına embarqo tətbiq etmək onun ölkəsinə çətin olacaq.

presstvaz xəbər verir ki, bu barədə “Nikkei” qəzeti Yaponiya hökumətindəki mənbələrə istinadla yazıb.

Materialda bildirilir ki, Tramp və Takaiçi oktyabrın 28-də görüşərkən bu məsələni də müzakirə ediblər. Görüşdə ABŞ lideri Tokionun Rusiyanın “Saxalin-1” və “Saxalin-2” layihələrində iştirakı məsələsinə toxunaraq, onu “Böyük Yeddilik” (G7) ölkələrinin Rusiya rəhbərliyinə təzyiqi artırmaq üçün Rusiyadan qaz idxalını qadağan etmək səylərinə qoşulmağa çağırıb.

Takaiçi bildirib ki, Yaponiya idxal etdiyi maye qazın təxminən 9%-ni Rusiyadan alır və o, Rusiya qazından imtinanın ölkəsinin enerji təchizatının sabitliyinə ciddi zərər vuracağını düşünür.

“Əgər Yaponiya Saxalindəki layihələrdə iştirakdan imtina etsə, bu, yalnız Çin və Rusiyanı sevindirəcək”, – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv