Bakıda Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib

Bakıda Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib






presstv

"Presstv"az #Anadolu, #Audi, #Azərbaycan, #Birol Akgün, #İlham Əliyev, #Müharibə, #Şuşa, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Müasir Türkiyə Respublikasının Birinci Dünya müharibəsindən sonra Anadolunu işğal etmək istəyən imperialist güclərə qarşı, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyində Türk xalqının həyata keçirdiyi milli mübarizədən sonra, 1923-cü ildə qurulub. Bu gün Cümhuriyyətimizin 102-ci ildönümünü qeyd edirik. Bayramımız mübarək olsun”.

presstvaz xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan sarayında keçirilən tədbirdə deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan, qəlblərdə dərin kök salmış müstəsna bir qardaşlığın şahidiyik:

“Tarixi Şuşa Bəyannaməsindən aldığımız ilham və cəsarətlə, “Bir millət – iki dövlət” anlayışı çərçivəsində Türkiyə, can Azərbaycanın beynəlxalq platformalarda ən güclü dəstəkçisi olmağa davam edəcək. Prezident İlham Əliyevin liderliyində, “bir yumruq, bir ürək” olaraq işğal altındakı Qarabağ azad edilib və Azərbaycan öz milli sərhədləri daxilində tam suverenliyini təmin edib.

Regionda davamlı sülhün bərqərar olması, inkişafın başlanması və əlaqələrin artması üçün tarixi bir fürsət yaranıb. Bu bölgədə sülh və sabitliyin təmin olunmasından yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək. Buna görə də qalıcı sülhün təmin olunması hamımızın ən böyük arzusu və diləyidir. Atatürkün ifadə etdiyi kimi: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, – deyə səfir vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv