Prezident İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

Prezident İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Donald Tramp, #Ermənistan, #Gürcüstan, #İlham Əliyev, #Macarıstan, #Milli Məclis, #Təbrik, #Vaşinqton, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik edib, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.

Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə edib, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib.

Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd edib.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycan Ermənistanla arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxunub, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib.

Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulanıb, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunulub.

Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv