Azərbaycanda işləmiş məşhur məşqçi Türkiyə klubundan ayrıldı

Azərbaycanda işləmiş məşhur məşqçi Türkiyə klubundan ayrıldı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bələdiyyə, #Futbol, #Mətbuat konfransı, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış rusiyalı mütəxəssis Sergey Yuran Türkiyənin “Serik Bələdiyyəspor” klubunun baş məşqçi postunu tərk edib.

presstvaz xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Daha əvvəl rusiyalı mütəxəssis mətbuat konfransında komandadan öz istəyi ilə ayrılmaq niyyətində olduğunu açıqlamışdı. O, futbolçuların və məşqçilər korpusunun uzun müddətdir maaş almadıqlarını, belə şəraitdə nizam-intizamın saxlanmasının mümkünsüz olduğunu vurğulamışdı.

Yerli media klubun futbolçularının ödənişlərin səkkiz həftə gecikməsinə etiraz olaraq məşqdən imtina etdiklərini də yazmışdı. Yuran Türkiyə klubunda 2025-ci ilin iyulundan çalışıb. “Serik Bələdiyyəspor” Türkiyənin sayca 2-ci liqasında 11 oyundan sonra 13 xalla 20 komanda arasında 13-cü yeri tutur.

Xatırladaq ki, Yuran məşqçilik karyerasında Azərbaycanda da işləyib. O, 2011-12-ci illərdə hazırda fəaliyyətini dayandırmış Zaqatalanın “Simurq” klubuna rəhbərlik edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv