Dünya Bankı Azərbaycanla bağlı hesabat təqdim edib

Dünya Bankı Azərbaycanla bağlı hesabat təqdim edib






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Cənubi Qafqaz, #COVID-19, #COVID-19 pandemiyası, #Dollar, #Dünya Bankı, #Hadisə, #Nəqliyyat, #pandemiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Dünya Bankı Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadi İcmalını təqdim edib. Hesabat ölkənin makroiqtisadi göstəriciləri və perspektivlərini əhatə edir.

presstvaz xəbər verir ki, sənədə əsasən, Azərbaycan son on ildə qlobal və regional sarsıntılara qarşı əhəmiyyətli dayanıqlılıq nümayiş etdirib. Rəqabət Məcəlləsinin qəbulu, əhəmiyyətli vergi islahatları, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, əmək münasibətlərində şəffaflaşma və biznes mühitindəki çağırışların həlli istiqamətində atılan digər addımlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayıb.

Ölkədə reallaşdırılan iqtisadi islahatlar, Cənubi Qafqazda strateji mövqeyi və zəngin enerji resursları güclü iqtisadi artımı və yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını təmin edib. Hökumətin makroiqtisadi sabitliyə verdiyi önəm ölkəyə dəyişkənliklərə, o cümlədən 2015-ci ildəki neft qiymətləri şokuna və COVID-19 pandemiyasına qarşı mübarizə aparmağa, fiskal və xarici ticarət profisitlərini, aşağı dövlət borcunu və əhəmiyyətli makroiqtisadi ehtiyatları qoruyub saxlamağa imkan verib.

Son təhlil göstərir ki, 2025-ci ilin ilk yarısında neft-qaz sektorunda 3.2%-lik daralma müşahidə olunsa da, qeyri-neft sektorunda artım 3.9%-ə təşkil edib. Tikinti, nəqliyyat, İKT və pərakəndə ticarət sahələrində fəaliyyət normallaşıb. Kənd təsərrüfatı və turizm sahələri artım tempini qoruyub saxlayıb.

İyun ayının sonuna doğru daxili və xarici təzyiqlərin azalması ilə inflyasiya bir qədər aşağı düşüb və illik inflyasiya 4.8%-ə enib. Bu göstərici Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun (4 ± 2%) mərkəz nöqtəsinə yaxındır.

Xarici və fiskal balanslar əhəmiyyətli profisitlərə malikdir, baxmayaraq ki, neft-qaz gəlirlərinin azalması bu göstəriciləri bir qədər zəiflədib. Makroiqtisadi ehtiyatlar güclü olaraq qalır: Dövlət Neft Fondu (ARDNF) ehtiyatları 13.2% artaraq 65 milyard ABŞ dollarına (ümumdaxili məhsulun (ÜDM) 88%-i) çatıb, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 11.5 milyard ABŞ dollarına yüksəlib ki, bu da 5.6 aylıq idxala bərabərdir.

Gələcəyə baxışda, iqtisadi artımın 2025-2027-ci illər arasında orta hesabla 1.7% səviyyəsində qalacağı proqnozlaşdırılır. Bu, neft qiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi ilə bağlıdır. İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalacağı gözlənilir. Risklərə uzunmüddətli aşağı artım və enerji qiymətlərində daha kəskin azalma daxildir. Qısamüddətli risklərə qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıq iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi səylərinin uğuruna bağlı olacaq.

Bu buraxılışın xüsusi mövzusu qeyri-neft sektoruna investisiyalar və onun artımına təsir edən məsələlərdir. İnvestisiya səviyyələri ÜDM-in təxminən son illərdə 20%-dək hissəsini təşkil edir. Bu, əsasən, neft-qaz gəlirlərinin azalması fonunda dövlət investisiyalarının azalması ilə bağlıdır. Yerli özəl investisiyalar əsasən daxilə yönəlmiş sahələrdə – məsələn, tikinti – cəmlənib.

Özəl sektorun potensialından faydalanmaq üçün hesabat struktur islahatlarının vacibliyini vurğulayır. Bu islahatlar siyasət sabitliyinin artırılması, bərabər rəqabət mühitinin təkmilləşdirilməsini, maliyyə resurslarına çıxışın genişləndirilməsi və məhkəmə sisteminin gücləndirilməsini əhatə edə bilər.

Bu ilk Ölkə İqtisadi İcmalı siyasət müzakirələrini məlumatlandırmaq, sübuta əsaslanan qərarların qəbulunu dəstəkləmək və müxtəlif maraqlı tərəflər arasında iş yerlərinin yaradılması və məhsuldarlığın artırılması yolları üzrə dialoqu təşviq etmək məqsədi daşıyır.

Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı (AÖİİ) ildə iki dəfə dərc olunacaq hesabatdır və ölkədəki son iqtisadi hadisələri və perspektivləri əhatə edir. Hər hesabat iki hissədən ibarət olacaq: birinci hissədə son iqtisadi meyllərin təhlili və orta müddətli perspektivlər və risklər müzakirə olunacaq, ikinci hissədə isə konkret siyasət məsələsi dərindən araşdırılacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv