Donald Tramp Hindistan-Pakistan münaqişəsini necə həll etdiyindən danışdı

Donald Tramp Hindistan-Pakistan münaqişəsini necə həll etdiyindən danışdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Hindistan, #Məhəmməd Şahbaz Şərif, #Müharibə, #Münaqişə, #Pakistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Modi görünüşcə xoş adamdır, zahiri baxımdan xeyirxah ataya bənzəyir, amma o, son dərəcə amansız qatildir”.

presstvaz xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu sözləri ATEC sammitindəki çıxışı zamanı Hindistan-Pakistan münaqişəsini necə həll etdiyindən danışarkən səsləndirib.

“Gəlin, müharibə məsələsinə qayıdaq, bu, çox önəmlidir. Gəlin, Hindistan və Pakistanı götürək. Mən Hindistanla ticarət sazişi bağlayırdım. Bildiyiniz kimi, Baş nazir Modiyə böyük hörmətim və rəğbətim var, münasibətlərimiz əladır. Eynilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə, o da əla insandır.

Mən onların hər ikisini tanıyıram. Onlar iki nüvə dövlətidir və onlar həqiqətən savaşa gedirdilər. Mən Baş nazir Modiyə zəng etdim. Dedim ki, biz sizinlə ticarət sazişi bağlaya bilmərik. O dedi: “Yox-yox, biz ticarət sazişi bağlamalıyıq”. Dedim: “Yox, bağlaya bilmərik. Siz Pakistana qarşı müharibəyə başlayırsınız. Biz bunu etməyəcəyik”.

Sonra Pakistana zəng etdim. Dedim: “Biz sizinlə ticarət etməyəcəyik, çünki siz Hindistanla müharibə edirsiniz”. Bilirsiniz ki, bunlar iki nüvə dövlətidir. Onlar dedilər: “Yox, yox, yox, siz bizi savaşmağa qoymamalısınız”. Hər ikisi belə dedi. Onlar savaşırdılar. Sizə deyim ki, onlar möhkəm adamlardır.

Baş nazir Modi görünüşcə çox xoş adamdır. O, elə yumşaq danışır və zahirən də atanız kimi görmək istədiyiniz adama bənzəyir, amma o, qatildir, özü də son dərəcə amansızdır. O dedi: “Yox, biz savaşacayıq”. Dedim: “Vau, axı bu tanıdığım həmin o adamdır. Amma iki gün sonra, – onlar yaxşı adamlardır, – zəng edib dedilər: “Biz başa düşürük” və döyüş əməliyyatlarını dayandırdılar. Sizcə, necə oldu? Məgər heyrətamiz olmadımı? Sizcə, Bayden bunu edərdimi? Mən belə düşünmürəm”, – deyə ABŞ prezidenti söyləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv