OECD ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

OECD ilə əməkdaşlıq perspektivləri müzakirə edilib






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #Mikayıl Cabbarov, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri ilə görüşdə investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

presstvaz xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov OECD-nin Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

Görüşdə Azərbaycanın OECD-nin Avrasiya Rəqabətqabiliyyətlilik Proqramının bir hissəsi olan Şərqi Avropa və Cənubi Qafqaz Təşəbbüsü çərçivəsində Təşkilatla fəal əməkdaşlıq etdiyi vurğulanıb. İqtisadi diversifikasiya, rəqabətqabiliyyətinin artırılması, rəqəmsallaşma və investisiya mühitinin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı kimi istiqamətlərdə səmərəli tərəfdaşlığın həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, Avrasiya ölkələri ilə OECD arasında əlaqələrin gücləndirilməsi regionun iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətlidir.

Tərəflər investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Hərtərəfli əməkdaşlıq üçün potensial imkanlar və 2026-cı ildə keçiriləcək OECD Avrasiya Həftəsi barəsində müzakirələr aparılıb.

OECD ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

16:34

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

presstvaz xəbər verir ki, bu barədə nazir öz “X” hesabında paylaşım edib.

“Azərbaycanın Təşkilatın Avrasiya Rəqabətqabiliyyətlilik Proqramındakı rolunun gücləndirilməsi üçün potensial imkanlar və 2026-cı ildə keçiriləcək OECD Avrasiya Həftəsi barədə müzakirələrimiz oldu. Avrasiya ölkələri ilə OECD arasında əlaqələri gücləndirmək regionun iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətlidir”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv