Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Satışa çıxarılacaq GÜZƏŞTLİ mənzillərin QİYMƏTLƏRİ

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Satışa çıxarılacaq GÜZƏŞTLİ mənzillərin QİYMƏTLƏRİ






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Binəqədi rayonu, #Hövsan qəsəbəsi, #Lənkəran, #Sərəncam, #Suraxanı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevlax Yaşayış Kompleksləri üzrə satışa çıxarılan güzəştli mənzillərin qiymətlərini açıqlayıb.

presstvaz agentliyə istinadən mənzillərin satış şərtləri və qiymətlərini təqdim edir:

Bu dəfə satışda olan mənzillər ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödənilən üsulla təklif olunur.

Qaydaların 5.6-cı bəndinə əsasən mənzil dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınmasından sonra mümkündür.

Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə:

2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.

Hövsan Yaşayış Kompleksinin II mərhələsi üzrə:

4 otaqlı mənzilin qiyməti – 94 050 manatdır.

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 50 200 manatdan başlayır.

4 otaqlı mənzilin qiyməti – 105 800 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzilin qiyməti – 61 865 manatdır.

4 otaqlı mənzilin qiyməti – 84 150 manatdan başlayır.

Binəqədi Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzilin qiyməti – 49 120 manatdır.

2 otaqlı mənzilin qiyməti – 62 400 manatdır.

3 otaqlı mənzilin qiyməti – 87 400 manatdır.

4 otaqlı mənzilin qiyməti – 118 000 manatdır.

Şirvan Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzilin qiyməti – 61 815 manatdır.

3 otaqlı mənzilin qiyməti – 73 785 manatdır.

4 otaqlı mənzilin qiyməti – 93 765 manatdır.

Yevlax Yaşayış Kompleksi üzrə:

1 otaqlı mənzilin qiyməti – 40 200 manatdır.

2 otaqlı mənzilin qiyməti – 45 225 manatdır.

3 otaqlı mənzilin qiyməti – 70 490 manatdır.

4 otaqlı mənzilin qiyməti – 103 740 manatdır.

00:04

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçiriləcək.

Agentlikdən presstvaz-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km, 22 ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, 10L ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7 mənzilin, Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 10 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 10 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin, ümumilikdə 627 mənzilin satışı dekabrın 3-də saat 11:00-da başlayacaq və dekabrın 12-si saat 11:00-dək davam edəcək.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv