Çin qlobal nüvəsizləşdirmə prosesini dəstəkləyəcək

Çin qlobal nüvəsizləşdirmə prosesini dəstəkləyəcək






presstv

"Presstv"az #Audi, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin hökuməti bütün maraqlı ölkələrlə birlikdə qlobal nüvəsizləşdirmə prosesinə dəstək göstərəcək.

presstvaz xəbər verir ki, bunu Çin XİN-in rəsmi nümayəndəsi Qo Tszyakun bəyan edib.

O, brifinqdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının (NSHQMT) Hazırlıq Komissiyasının icraçı katibi Robert Brüs Floydun oktyabrın 20-25-də Çinə baş tutan səfərinə münasibət bildirərək deyib: “Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və nüvə silahına malik məsuliyyətli bir dövlət kimi, ardıcıl olaraq sülhə sadiq inkişaf yolu ilə irəliləyir, nüvə silahını birinci tətbiq etməmək siyasəti həyata keçirir. Pekin müvafiq özünümüdafiə strategiyasına qətiyyətlə əməl edir, öz nüvə cəbbəxanasını milli təhlükəsizlik üçün zəruri olan minimal səviyyədə saxlayır, nüvə sınaqlarına moratoriumlara ciddi şəkildə riayət edir”.

Çinli diplomat bildirib ki, Çin sözügedən müqavilənin nüfuzunun qorunub saxlanılması üçün bütün əlaqədar tərəflərlə qarşılıqlı fəaliyyətdə olacaq, beynəlxalq nüvəsizləşdirmə və yayılmama rejiminin qorunub saxlanılmasına dəstək göstərəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv